Əminə Yusifqızı

Filmi səsləndirən Aktrisa

Doğum tarixi:

24 sentyabr 1936

Vəfat tarixi:

09 oktyabr 2025


Əminə Yusifqızı Bakıda anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb (1961). Məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında çıxışları ilə yadda qalıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-1974) aktrisası olub. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyəti mövcuddur. Bədii qiraət ustası kimi tanınır.

Rusiya film istehsalçılarının “Mənim mehriban atam” (1970, rejissor İqor Usov) filmində Fatimə xala rolunda çəkilib.

“Şöhrət” ordeni laureatı (2016), Əməkdar artist (1982), Xalq artisti (1998) Əminə Yusifqızı 2025-ci ildə vəfat edib.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu