Elza Seyidcahan

Bəstəkar Aktrisa

Doğum tarixi:

07 iyul 1968


Elza Seyidcahan (Elza Qasımova Nuru qızı / Elza Əhmədova) Siyəzəndə anadan olub.

Soltan Hacıbəyov adına orta ixtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində (1982-1987), Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində (1994-2000, Arif Məlikovun sinfi) təhsil alıb.

2001-ci ildən Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. Bir sıra teatr və televiziya tamaşalarına musiqilər bəstələyib. "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutub (2002, Qırğızıstan), TÜRKSOY-un xüsusi mükafatını alıb. Əməkdar artistdir (2009).