Elxan Əliyev
Doğum tarixi:
31 oktyabr 1946
Vəfat tarixi:
24 may 2018
Elxan Oruc oğlu Əliyev Cəbrayılda anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə 1964-cü ildə “Azərbaycanfilm” kinostudiyasında başlayıb, uzun müddət kinostudiyanın sənədli və xronikal filmlər studiyasında çalışıb. 80-dən çox sənədli və elmi-kütləvi film çəkib. Eyni zamanda Heydət Əliyevin respublika rayonlarına səfərlərini, mərkəzi komitədə xarici nümayəndə heyətləri ilə görüşlərini lentə alıb.
1993-cü ildə Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinə baş məsləhətçi vəzifəsinə qəbul olunub. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində (1999-2003), Ukraynadakı Səfirliyində (2009-2012) çalışıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Elxan Əliyev 2018-ci ildə vəfat edib.