Elxan Əhədzadə
Doğum tarixi:
30 yanvar 1948
Vəfat tarixi:
08 oktyabr 2010
Elxan Yəhya oğlu Əhədzadə Bakıda anadan olub.
İlk sənət təhsilini “Azərbaycanfilm” kinostudiyasının Kino aktyoru kursunda alıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsində təhsil alıb (1972-1977).
1969-cu ildən Rus Dram Teatrında, 1977-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında, bir müddət Mahnı Teatrında fəaliyyət göstərib. Ömrünün sonuna qədər Musiqili Komediya Teatrında bir çox obrazlar yaradıb. Opera teatrının səhnəsində də çıxışları olub.
Əməkdar artist (1998), Xalq artisti (2006) Elxan Əhədzadə 2010-cu ildə vəfat edib, Xırdalan qəbiristanlığında dəfn olunub.