Elvin Abdulla

Rejissor Ssenari müəllifi Prodüser Baş prodüser Aktyor İkinci rejissor Montajçı Musiqi tərtibatçısı Rejissor qrupunun üzvü

Doğum tarixi:

13 sentyabr 1990


Elvin Fərman oğlu Abdulla (Elvin Abdullayev) Şəkidə anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kinoşünaslıq ixtisası üzrə təhsil alıb (2008-2012).

Azərbaycan televiziyasında yayımlanan “Xoş beş on beş” verilişində aktyor (1995), “İstedad sorağında” verilişində aktyor və aparıcı (1997), Sara TV-də “Şurum-Burum” verilişində aparıcı (1998), Space TV-də “Günaydın” verilişində “Nağıllar” rubrikasının aparıcısı və aktyoru (2000), Lider TV-də “Parabüzən” verilişində aktyor (2002-2003), ATV-də “Parabüzən” verilişində aktyor (2003-2004), Xəzər TV-də “Komediya səhnəsi” verilişində aktyor və rejissor assistenti (2008) olub. “Cinealliance” studiyasında, “İrəli Prodakşn”da rəhbər (2011-2012) kimi çalışıb.

Türkiyə istehsalı olan “İçimdə axan çay” (Rejissor Erhan Güleryüz / 2014) filminin ikinci rejissoru və xətt prodüseri olub. 

İstanbul Film Akademiyasında kino təhsili alıb. “Dream Big” film şirkətinin rəhbəridir.

Rejissor Elvin Abdullayev aktyor Fərman Abdullayevin oğludur.


Filmoqrafiya