Eltən Qədimbəyli

Prodüser Rejissor Ssenari müəllifi Koordinator Filmi səsləndirən Musiqi tərtibatçısı

Doğum tarixi:

07 yanvar 1979


Eltən İdris oğlu Qədimbəyli Sədərək rayonunda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr-Kino fakültəsinin Rejissorluq ixtisasında (1995-1999), Kiyev Dövlət Kino, Televiziya və Teatr Universitetində (2010-2015) təhsil alıb.

“Zarafat” studiyasının qurucusu (1996-1999), AzTV-də rejissor assistenti (2000-2002), “Gadimbayly İmagemaker Company” production şirkətinin rəhbəri (2003-2005), Xəyal TV-nin (2005-2006), Regional TV-nin (2006-2007), Cənub TV-nin (2007-2010) icraçı direktoru kimi çalışıb.

2011-ci ildən Qafqaz TV-nin direktorudur.

“Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyinə rəhbərlik edir.