Elşən Orucov
Aktyor
Doğum tarixi:
14 yanvar 1985
Elşən Eldar oğlu Orucov Bakıda anadan olub, əslən Füzuli rayonundandır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsində təhsil alıb.
2005-ci ildən Azad Azərbaycan televiziyasında çalışıb. “Bozbaş Pictures”də yaratdığı Fəlakət obrazı ilə məşhurlaşıb. Hazırda Xəzər TV-də yayımlanan “Fəlidən doğru xəbər” verilişinin aparıcısıdır.