Elnur Məmmədov (II)

Aktyor

Doğum tarixi:

14 avqust 1976


Elnur Mehralı oğlu Məmmədov Qərbi Azərbaycanın Güllüdərə kəndində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsində təhsil alıb (1994-1998).

Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının repertuarında olan bir neçə tamaşalarda kütləvi səhnələrdə və müxtəlif rollarda oynayıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olub (1994-1998). 2002-ci ildə Akademik Milli Dram Teatrında truppa müdiri təyin olunub. 2003-cü ildə “SOY Production” MMC-də çalışıb. 2005-ci ildə yenidən Akademik Milli Dram Teatrında teatrda truppa müdiri vəzifəsinə təyin olunub. 2015-ci ildə teatrda baş inzibatçı, 2016-cı ildən növbəti dəfə truppa müdiri vəzifəsinə təyin olunub.

Akademik Milli Dram Teatrında Azər Mirzəyevin “İlin son dərsi” və özünün səhnələşdirdiyi “Novruz gəlir” əsərlərinə quruluş verib. Bir çox dövlət tədbirlərinin ikinci rejissoru və rejissor assistenti kimi fəaliyyət göstərib.

“Tərəqqi” medalı ilə təltif olunub (2019).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu