Elnur Mehdiyev

Rejissor Aktyor Ssenari müəllifi

Doğum tarixi:

25 sentyabr 1975


Elnur Cahangir oğlu Mehdiyev (Elnur Mehdi) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb (1992-1997).

”Mozalan” studiyasında bir çox qısametrajlı süjetlərin rejissoru və ssenari müəllifi olub (1998-2007).

2002-ci ildə Lider televiziyasında bir sıra verilişlərin rejissoru və “Planet Parni iz Baku” televiziya tamaşalarında quruluşçu rejissor kimi çalışıb. 

Televiziya tamaşalarının “Ən yaxşı rejissoru” nominasiyası üzrə “Humay” mükafatına layiq görülüb (2002).

2001-2011-ci illərdə Respublika İncəsənət Gimnaziyasının teatr və kino şöbəsində müəllim kimi fəalliyət göstərib.

“Azərbaycan teatrında peşəkar rejissor sənətinin inkişaf mərhələləri” mövzusunda dissertasiyasını müdafiə edərək sənətşunaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb (2011).

Uzun müddətdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsaənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Teatr rejissoru kafedrasında müəllim (2012-2014), Kino-televiziya sənətləri kafedrasında müəllim (2014-2018), baş müəllim (2018-ci ildən), Audiovizual sənətlər fakültəsində dekan (2019-2023) vəzifələrində çalışıb. 2023-cü ildən Kino və televiziya sənətləri kafedrasının rəhbəridir.

Rejissor Elnur Mehdiyev rejissor Cahangir Mehdiyevin oğludur.