Elnur Bəhramxan

Aktyor Filmi səsləndirən Ssenari müəllifi İkinci rejissor

Doğum tarixi:

02 avqust 1981


Elnur Bəhramxan (Elnur Hüseynov Bəhramxan oğlu) Neftçala rayonunun Xəzər kəndində anadan olub.

Respublika İncəsənət Gimnaziyasında (1991-1995), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1996-2002) təhsil alıb.

Rayonda keçirilən istedadlı uşaqların yaradıcılıq müsabiqələrində bir neçə dəfə parodiya üzrə qalib olub. Azərbaycan televiziyasında yayımlanan “7-17”, “Sübh şəfəqləri” televiziya müsabiqələrinin və “Tələbə klubu” əyləncəli proqramının fəal iştirakçısı, “Bala dili” (ANS TV), “Ala bula” (Lider TV), “Mən böyümüşəm” (Space TV) uşaq verilişlərinin aparıcısı olub.

1998-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Xarici film istehsalçılarının “Yaz ərəfəsi” (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filmində Azər Tahir rolunda, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev / Rusiya) serialında, “Biz sizə müharibə elan edirik" (2010, rejissor İqor Xolodkov / Rusiya) filmində Dukas rolunda çəkilib.

Beynəlxalq Teatr Assosiasiyasının təsis etdiyi “Sima” mükafatına layiq görülüb.

Əməkdar artistdir (2018).