Elnaz Əbluc
Rejissor
Ssenari müəllifi
Montajçı
Montaj rejissoru
Rejissor assistenti
Doğum tarixi:
31 may 1973
Elnaz Həsən qzı Əbluc Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq ixtisasında təhsil alıb (1990-1996).
Tələbə ikən Dövlət Gənclər Teatrında bədii hissə müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor (1996-1999), “ABA” telekanalında rejissor (1999-2001) vəzifələrində çalışıb. Müxtəlif televiziya layihələrində müəllif, aparıcı, rejissor olub.
Rejissor Elnaz Əbluc aktyor, rejissor Həsən Əblucun qızıdır.