Elmir Mirzəyev
Doğum tarixi:
16 noyabr 1970
Elmir Əli oğlu Mirzəyev Bakıda anadan olub.
Bakı Musiqi Akademiyasının Bəstəkarlıq sinfində təhsil alıb (1994, Fərəc Qarayevin sinfi).
Bəstəkarlar James Dillon və Ole Lützow-Holmun rəhbərliyi altında ixtisaslaşma keçib (1994, İsveç). Hollandiyada Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olub (1999). Bakı Musiqi Akademiyasında Fərəc Qarayevin assistenti (1998-2001), DAAD təşkilatının xüsusi programı çərçivəsində Köln Konservatoriyasında York Höllerin assistenti (2007-ci ildən) kimi fəaliyyət göstərib. 1995-ci ildə SoNoR Müasir Musiqi Ansamblının (1998-ci ildən Müasir Musiqi Təşəbbüs Mərkəzi) təsisçisi və bədii rəhbəridir (1995-2005). Beynəlxalq layihələrin təşkilatçısı, müxtəlif beynəlxalq festivalların iştirakçısı olub. Əsərləri dünya şöhrətli kollektivlər tərəfindən ifa edilib.