Elmar Bayramov
Doğum tarixi:
28 dekabr 1986
Elmar Bayramov Lənkəranda anadan olub.
Bakı Dövlət Universitetinin Biblioqrafiya və informasiya fakültəsində təhsil alıb (2005-2010).
“Kontakt Kapoeira İdman Klubu”nda (2004-2007), Azərbaycan Kapoeira Federasıyasında (2007-2016) müəllim vəzifəsindən federasiya prezidenti vəzifəsinə qədər yüksəlib. 2016-cı ildən film sektorunda çalışır. Bir çox sosial çarxların müəllifidir. Film layihələrində döyüş xoreoqrafı, dublyor, aktyor kimi fəaliyyət göstərib. 2017-ci ildən ailəsi ilə Amerika Birləşmiş Ştatlarında yaşayır.
Özünün təsis etdiyi “Black Garden Company” və “Old Stone Pictures” vasitəsilə film istehsalı ilə məşğuldur. “Oops” (2018, ABŞ), “Qoy qaçım” (2019, ABŞ), “Uğur böcəyi” (2020), “Ameriasayağı karantin” (2021) adlı qısametrajlı bədii və “Rafa” (2021) adlı sənədli filmlər çəkib və bir çox mükafatlara layiq görülüb.