Elman Əsədullayev
Doğum tarixi:
08 oktyabr 1953
Vəfat tarixi:
26 aprel 2017
Elman Höcət oğlu Əsədullayev (Elman Höcətoğlu) Bakıda anadan olub.
Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb (1979).
Azərbaycan Dövlət Qastrol-Konsert Birliyində inzibatçı (1981-1987), Azərbaycan Dövlət Filarmoniyasında konsert şöbəsinin müdiri (1987-1992) vəzifələrində çalışıb.
1992-ci ildə “Qala-film” kino şirkətini təsis edib.
Rusiya istehsalı olan “Qraf Krestofski” (2004, rejissor Ramiz Fətəliyev) və “Sui-qəsd” (2004, rejissor Vadim Ostrovski) seriallarında icraçı prodüser kimi çalışıb.
Elman Əsədullayev 2017-ci ildə vəfat edib.
Prodüser Elman Əsədullayev prodüser Vaqif Əsədullayevin qardaşıdır.