Əli Qafarov

Ssenari müəllifi

Doğum tarixi:

16 oktyabr 1935

Vəfat tarixi:

19 dekabr 1979


Əli Hüseyn oğlu Qafarov Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo şəhərində anadan olub. Ailəsi Lənkərana köçüb.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub. İkinci kursu bitirəndən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ssenari fakültəsində təhsil almağa göndərilib (1956).

Az müddətdən sonra kurs yoldaşları ilə birgə gizli gənclər dərnəyinin təşkilində ittiham olunaraq cəzalandırılıb, Sibir düşərgələrinə göndərilib (1956-1960).

Cəzasını çəkəndən sonra Ümumittifaq Hidroenerjilayihə İnstitutunda, Anqarsk geoloji ekspedisiyasında, SSRİ Elektrik Stansiyaları Tikintisi Nazirliyinin topoqrafik və qazıma dəstələrində fəhlə işləyib (1960-1962).

Sonralar respublika və ümumittifaq dövri nəşrlərində “Sibir” hekayələri işıq üzü görüb.

Bakıya gələndən sonra «Bakinskiy raboçiy» qəzetinə ədəbi işçi vəzifəsinə qəbul edilib (1962-1967).

60-cı illərin sonunda Moskvada ali rejissorluq və ssenaristlər kurslarında təhsil alıb (Aleksey Kaplerin emalatxanası).

Əli Qafarov 1979-cu ildə, 44 yaşında faciəli şəkildə həlak olub.

Yazıçı Əli Qafarov jurnalist Elmira Axundovanın və aktrisa, diktor Tamilla Qafarovanın qardaşıdır.