Əli Məmmədov

Tryukların quruluşu Kaskadyor Aktyor İkinci rəssam

Doğum tarixi:

14 aprel 1965


Əli Fərhad oğlu Məmmədov Naxçıvanda anadan olub.

7 yaşından etibarən boks və şərq əlbəyaxa döyüş idman növləri ilə məşğul olub. Naxçıvanda boks üzrə 1-ci yerə layıq görülüb (1979). 2 qat Azərbaycan çempionu olub (1980, 1981).

Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb (1985-1989). 1989-cu ildə usta rəssam ixtisası üzrə “Azərbaycanfilm” kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. Sonra qrim ustası işləyib.

1990-cı ildə tövsiyyə əsasında Qırgızıstanda yerləşən kaskadyorlar assosiasiyasına göndərilib. Döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb. Qırğıstandan qayıtdıqdan sonra “Azərbaycanfilm”də tryuk quruluşçusu və kaskadyor kimi filmlərdə çalışmağa başlayıb.

Xarici film istehsalçılarının “Məleykələr” (1990 / İran) filmində kaskadyor, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində aktyor, tryuk quruluşçusu, kaskadyor, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında tryuk quruluşçusu, kaskadyor, “Qraf Krestofski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında tryuk quruluşçusu, kaskadyor, “Dənizçi” (2007 / Rusiya) filmində kaskadyor, “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında tryuk quruluşçusu, kaskadyor kimi çalışıb.

Bir çox musiqi kliplərində, reklamlarda tryuk quruluşçusu və ifaçısı olub.

Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədridir.

Əməkdar mədəniyyət işçisidir (2009).


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Azərbaycan Atabəyləri Tryukların quruluşu