Eldəniz Zeynalov
Doğum tarixi:
01 yanvar 1937
Vəfat tarixi:
05 noyabr 2001
Eldəniz Məmməd oğlu Zeynalov Bakıda anadan olub. Adını qonşuları Səməd Vurğun qoyub.
Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. İlk dəfə 13 yaşında “Sevil” (Cəfər Cabbarlı) tamaşasında Gündüz rolunu oynayıb. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1961, Adil İsgəndərovun kursu). Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. Tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan” satirik kinojurnalının bir çох süjеtlərində çəkilib.
Xarici film istehsalçılarının “Təyyarələr enmədi” (1963, rejissor Zahid Sabitov / Özbəkistan), “Dulsineya Tobosskaya” (1980, rejissor Svetlana Drujinina / Rusiya) filmlərində çəkilib.
“Hümay” mükafatı laureatı (1999), Əməkdar artist (1974), Xalq artisti (2000) Eldəniz Zeynalov 2001-ci ildə vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilib.
Aktyor Eldəniz Zeynalov televiziya rejissoru Tofiq Zeynalovun qardaşıdır.
Aktyor Eldəniz Zeynalov aktyor Məmməd Zeynalovun və televiziya rejissoru Elbrus Zeynalovun atasıdır.