Eldar Məmmədov

Operator Operator assistenti Operator qrupunun üzvü Aktyor

Doğum tarixi:

06 noyabr 1945


Eldar Teymur oğlu Məmmədov Bakıda anadan olub.

Azərbaycan televiziyasında işıqçı kimi əmək fəaliyyətinə başlayıb. 1964-cü teleoperator olub. Dövlət əhəmiyyətli translyasiyalarda aparıcı operator işləyib (1969–1983). İki il fasilələrlə Mərkəzi televiziyada çalışıb, amma oranın daimi işçisi olmaq təklifini qəbul etməyib. 50-dən çox film və tamaşaların quruluşçu operatorudur.

Hazırda Azərbaycan televiziyasında operator qrupunun bədii rəhbəridir.

“Humay" (1994) mükafatı, "Tərəqqi" medalı (2006) laureatıdır. Əməkdar mədəniyyət işçisidir (1989).