Eldar İskəndərzadə

Ssenari müəllifi Redaktor Yaradıcı heyətin üzvü Direktor Məsləhətçi

Doğum tarixi:

05 oktyabr 1964


Eldar Xeyrulla oğlu İskəndərzadə Lerikin Rvarud kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və İnstitutun İctimai Peşə Fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb (1990).

Azərbaycan televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktor müavini (1997-2001), Azad Azərbaycan televiziyasının və CBC TV-nin “Televiziya Filmləri Studiyası”nın təsisçisi və baş redaktoru (2013-2015), İctimai televiziyada “Carçı-film” Yaradıcılıq Birliyinin direktor müavini (2016-2019), redaktor (2019-2023) vəzifələrində çalışıb.

2023-cü ildən Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir.

1987-ci ildən şeirləri ilə mətbuatda çıxış edir. “O gözlərin sirri” (1995), “Mənəm, sənsən, bir də o” (2011) adlı şeir kitabları çapdan çıxıb. “Qalxın, məhkəmə gəlir” adlı pyesi Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub (1996).

“Qızıl qələm” mükafatına (2001), “Həsən bəy Zərdabi” diplomuna (2012) layiq görülüb.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Abşeron incisi Ssenari müəllifi