Eldar Baxış
Doğum tarixi:
22 iyun 1947
Vəfat tarixi:
22 may 1996
Eldar Baxış (Eldar Ağayev) Qubadlının Diləli Müskanlı kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb (1965-1969).
Bakı kəndlərində müəllimlik edib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990) vəzifələrində çalışıb. "Səs" və "Nəfəs" qəzetlərini təsis edib, "Səs" qəzetinin baş redaktoru olub (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri işləyib (1992-1993). Radionun bilgi və uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olub (1993-1996).
"Köynək" adlı ilk şeiri "Azərbaycan gəncləri" qəzetində dərc olunub (1966). Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Seçmə nümunələri Azərbaycan dilinə çevirib. "Məlikməhəmməd" pyesi səhnələşdirilib (1982).
Eldar Baxış 1996-cı ildə vəfat edib, Xırdalan qəbiristanlığında dəfn olunub.
Şair Eldar Baxış aktyor Tural Ağayevin atasıdır.