Elçin Əsədov

Rejissor Rəssam İkinci rejissor Aktyor

Doğum tarixi:

05 oktyabr 1976


Elçin Füzuli oğlu Əsədov Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində (1993-1997), Rüstəm İbrahimbəyovun Bakı Beynəlxalq Kino Məktəbində (2007-2010) təhsil alıb.

Rusiya səfirliyi tərəfindən təşkil olunmuş “Sevgi haqqında 100 söz” müsabiqəsinin qalibi olub (2009).

Mətbuatda vaxtaşırı yazıları dərc olunur.

Qısametrajlı filmləri müxtəlif festivallarda iştirak edib və mükafatlandırılıb.