Elçin Hüseynbəyli
Doğum tarixi:
23 dekabr 1961
Elçin Hüseynbəyli Cəbrayılın Mahmudlu kəndində anadan olub.
Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1989). Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olub (1997).
1999-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. "Ulduz" jurnalının baş redaktoru (2004-2014), "Ədəbiyyat qəzeti"nin baş redaktoru (2014), Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri (2014) işləyib. Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan "Güney Qafqaz" dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktorudur. AYB-nin katibidir (2021).
Çoxsaylı kitabların, esse və bədii məqalələrin müəllifidir.
"Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri" (2001), "Humay" (2007), "Qızıl kəlmə" (2009) mükafatlarına layiq görülüb.
Əməkdar incəsənət xadimidir (2019).