Əjdər Zeynalov

Aktyor

Doğum tarixi:

04 iyul 1964


Əjdər Mehdi oğlu Zeynalov Qərbi Azərbaycanın Zəngibasar-Uluxanlı mahalının Qaraqışlaq kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1982-1988).

1982-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor fəaliyyətinə başlayıb.

“Gəl qohum olaq” (İsi Məlikzadə) komediyasında Ədalət rolu ilə böyük səhnəyə addım atıb.

Bir müddət Rusiyada yaşayıb. Müəyyən fasilədən sonra 2007-ci ildən yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyətini davam etdirib.

2013-cü ildə Akademik Milli Dram Teatrında “Sənətkarın taleyi” (Elçin) əsərində Qubernator rolunu oynamaq üçün dəvət olunub və indiyə qədər də müqavilə əsasında fəaliyyətini davam etdirir.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu