Əhməd Oğuz
Doğum tarixi:
13 noyabr 1961
Vəfat tarixi:
31 avqust 2021
Əhməd Oğuz (Əhməd Kərimov Musa oğlu) Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində anadan olub.
Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb (1978-1982).
Azərbaycanın Quba rayonunun Hacıqaib və Ermənistanın Kalinino rayonunun Soyuqbulaq kəndlərində dil və ədəbiyyat müəllimi işləyib (1985-1989).
Ermənistanda ata-baba yurdundan zorla qovulduqdan sonra “Azərbaycan” qəzeti redaksiyasında müxbir (1989-1990), “Xəzər” jurnalında şeir şöbəsinin rəhbəri (1991-1992), “Oğuz eli” qəzeti redaksiyasında məsul katib (1992-1993), Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında söz şöbəsinin müdiri (1993-2021) vəzifələrində çalışıb.
“Nar ağacı” adlı ilk şeri 1981-ci ildə “Ulduz” jurnalında dərc edilib. İlk şeirlər kitabı - “Hara gedirsiniz dağlar?” 1998-ci ildə nəşr edilib.
“Humay” mükafatı laureatı Əhməd Oğuz 2021-ci ildə vəfat edib.