Ədalət Vəzirov
Doğum tarixi:
27 aprel 1951
Vəfat tarixi:
05 oktyabr 2002
Ədalət Səfərəli oğlu Vəzirov Xızının Divəzər kəndində anadan olub.
Bülbül adına orta ixtisas musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub (1974). 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000-2002-ci illərdə direktor) müəllim işləyib. Uzun müddət Baba Salahovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblında, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışıb.
Əməkdar artist (1998) Ədalət Vəzirov 2002-ci ildə İstanbulda vəfat edib, Bakının Yasamal qəbiristanlığında dəfn olunub.