Dilarə Əliyeva
Doğum tarixi:
27 oktyabr 1972
Dilarə Hasil qızı Əliyeva (Dilarə Murtuzəliyeva) Sumqayıtda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rəhbəri fakültəsində təhsil alıb.
İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb (1996-2009).
Bakı Mədəni Maarif Texnikumunda rejissor və aktyor sənətindən dərs deyib (1996-2002).
Müxtəlif televiziya kanallarında aparıcılıqla məşğul olur.
2023-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrında aktrisa vəzifəsində çalışır.
2023-cü ildən "SOY" prodakşna rəhbərlik edir.
Türkiyə istehsalı olan “Milyonluq quş” (2018, rejissor Xəyal Aslanzadə) filmində Umud rolunda çəkilib.
Əməkdar artistdir (2007).
Aktrisa Dilarə Əliyeva aktyor Vüsal Murtuzəliyevin bacısıdır.
Aktrisa Dilarə Əliyeva prodüser Oqtay Əliyevin həyat yoldaşıdır.