Davud Müzəffərli

Ssenari müəllifi Redaktor Yaradıcı heyətin üzvü

Doğum tarixi:

19 dekabr 1974


Davud Müzəffərli Yardımlının Ostair kəndində anadan olub.

Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1999-2003).

Lider TV-nin Sənədli filmlər redaksiyasında redaktor və ssenari müəllifi (2003-2007), MZ Productionda “Vətən sağ olsun” verilişinin ssenari müəllifi (2007-2008), AzTV-də (2008-2010), İnterAz TV-də Müəllif verilişləri şöbəsinin rəhbəri (2011-2012), ATV-nin “Vətənim” Yaradıcılıq Birliyində ssenari müəllifi (2012) kimi fəaliyyət göstərib.

2019-cu ildən “3bucaq Media”nın direktorudur.