Çingiz Əhmədov

Aktyor

Doğum tarixi:

27 dekabr 1962


Çingiz Əli-Əşrəf oğlu Əhmədov Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1983).

Orta məktəbdə ikən aparıcı, yumor tamaşalarının təşkilatçısı olub. Paralel olaraq “Qırmızı qərənfil” ansamblında oxuyub. Xalq Teatrında Məhərrəm Bədirzadənin dərnəyinə yazılıb. Hələ gənc ikən Məhərrəm Bədirzadənin dəvəti ilə televiziyada “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət” verilişlərində çıxış edib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1983-1991), Dövlət Gənclər Teatrında (1991-2003) çalışıb. 2003-cü ildən yenidən Musiqili Teatrda çalışır. Azərbaycan televiziyasında, ANS TV və Space TV-də bir neçə verilişin aparıcısı olub.

Əməkdar artistdir (2012).

Aktyor Çingiz Əhmədov aktyor İbrahim Çingizin atasıdır.