Cavidan Novruz
Doğum tarixi:
12 fevral 1987
Cavidan Ramiz oğlu Novruz (Cavidan Novruzov) Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (2005-2009, Kamal Xudaverdiyevin kursu).
Uşaq yaşlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində rollar ifa edib.
Azər Zeynalovdan vokal təhsili alıb. İfaçı kimi Türkdilli dövlətlər arasında keçirilən “Avrasiya yıldızı” yarışmasında 2-ci yerə layiq görülüb. “Son qərar”, “Yasandı bitdi”, “Gəl gör məni eşq neylədi”, “İkimiz” adlı mahnıları bəstələyib.
2019-cu ildən Xəzər TV-də yayımlanan “KomediXana” verilişinin aktyoru olub.
Aktyor, müğənni Cavidan Novruz aktyor Ramiz Novruzun oğludur.

Filmoqrafiya
-
Xəyanət Rollarda