Canəli Əkbərov

Musiqi ifaçısı Aktyor

Doğum tarixi:

10 mart 1940

Vəfat tarixi:

22 oktyabr 2021


Canəli Xanəli oğlu Əkbərov Lənkəranın Tükəvilə kəndində anadan olub.

Lənkəran Tibb Texnikumunda (1956-1958), Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin Xanəndəlik şöbəsində (1963-1968), Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1976-1982) təhsil alıb.

Azərbaycan Dövlət Filarmoniyasında (1963–1975), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında (1976–2006) solist kimi fəaliyyət göstərib.

1992-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uzun illər Muğam sənəti kafedrasının müdiri olub.

“Muğamın bədii, estetik, fəlsəfi mahiyyəti və tədrisi prоblemləri” adlı kitabın müəllifidir.

Əməkdar artist (1989), Хalq artisti (1992), Professor (2008), “Sənətkar” medalı (2015), “Şöhrət” (2000), “Şərəf” (2010) ordenləri laureatı Canəli Əkbərov 2021-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.