Brilliant Dadaşova
Doğum tarixi:
15 sentyabr 1965
Brilliant Süleyman qızı Dadaşova Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsində təhsil alıb (1990).
Musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlanıb. 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə “Hər şey gözəldir həyatda” adlı ilk musiqi albomu çıxıb. 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail olub. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisidir. 1986-cı ildə Azərbaycan Televiziya və Radiosunun solisti olub.
1993-cü ildə dövlət televiziyasında “Bu axşam” proqramının aparıcılığını etməklə Azərbaycanda ilk aparıcı müğənni olur. Space TV-də “Gözəllik dünyanı xilas edəcək” (2000-2005), “Lider” televiziyasında “Mən sənətkaram” (2008), Türkiyənin TMB kanalında “Pirlantalı Geceler” (2012) proqramlarının aparıcısı olub.
Əməkdar artist (1998), Xalq artistidir (2008).
