Böyükağa Məmmədov (II)
Doğum tarixi:
23 yanvar 1927
Vəfat tarixi:
17 yanvar 2018
Böyükağa Mircəfər oğlu Məmmədov (Mirməmməd Məmmədov) Bakıda anadan olub.
Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb (1955).
Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olub (1946-1966). 1966-cı ildə Texniki və bədii yaradıcılıq evi, Yuri Qaqarin adına Pionerlər sarayı rəqs kollektivlərinin bədii rəhbəri təyin edilib. Uzun müddət “Cücələrim” rəqs ansamblına rəhbərlik edib. 1971-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayıb. Repertuarına “Naz eləmə”, “Qaytağı” kimi milli rəqslərlə yanaşı, digər xalqların rəqsləri də daxil idi. Tələbə və gənclərin Berlin (1951), Varşava (1953) və Moskvada (1957) keçirilən Ümumdünya festivalının laureatı olub.
Xalq artisti (1965), Əməkdar müəllim Böyükağa Məmmədov 2018-ci ildə vəfat edib.