Böyükağa Məmmədov

Rejissor Ssenari müəllifi Prodüser Baş prodüser

Doğum tarixi:

03 iyul 1951


Böyükağa Zeynal oğlu Məmmədov Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1968-1973).

Təyinatla Rusiya Federasiyasının Omsk vilayətinə göndərilib. Bir neçə il Omsk şəhərinin televiziyasında rejissor işləyib. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor vəzifəsində çalışmağa başlayıb. Bu zaman SSRİ Mərkəzi Dövlət Teleradio Komitəsinin sifarişi ilə çəkilmiş müxtəlif sənədli filmlərin rejissoru olub. Respublikada birinci müstəqil studiyalardan sayılan “215 KL” eksperimental studiyasının təsisçilərindən biri olub (1991). 1994-cü ildə studiyanın idarə heyətinin sədri seçilib. Burada çəkilən “Qayıdış” çoxseriyalı sənədli filmindəki rejissor işinə görə “Araz” Dövlət mükafatına layiq görülüb.

1997-ci ildə “Space” Müstəqil Televiziya kanalının yaradılmasında iştirak edib, telekanala icraçı direktor kimi rəhbərlik edib. “Space” telekanalının yaradılmasında roluna görə Azərbaycan Jurnalistlər İttifaqının “Zərdabi” mükafatına layiq görülüb. 

2000-ci ildə “215 KL” müstəqil televiziya şirkətinə qayıdaraq burada yeni sənədli filmlərə prodüserlik edib.

2009-2014-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər studiyasının direktoru vəzifəsində işləyib.

“Kultura Plus” internet televiziyasının rəhbəri olub.

Əməkdar incəsənət xadimidir (2011).