Balakişi Qasımov
Doğum tarixi:
20 oktyabr 1978
Balakişi Ələkbər oğlu Qasımov (Balaş Qasımov) Bakıda anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasında təhsil alıb.
“Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçusu, oyunun Azərbaycan üzrə aparıcısı və baş prodüseri, GameTV.az Prodüser Mərkəzinin rəhbəridir. “Nə? Harada? Nə zaman?” oyununun idman variantı üzrə dünya çempionu (2004), Azərbaycan çempionu (2002, 2004, 2008, 2012, 2013), “Breyn rinq” üzrə Azərbaycan çempionu (2002), Cənubi Qafqaz çempionu (1998, 2003, 2010) olub. Beynəlxalq “Nə? Harada? Nə zaman?” klubları assosasiyası tərəfindən 2010-cu ildə “ilin adamı” seçilib. “Büllur bayquş”, "Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” mükafatlarına layiq görülüb (2010).
2018-ci ildən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorudur.
Azərbaycan Qılıncoynatma Federasiyasının prezidentidir.
“Tərəqqi” medalı ilə təltif edilib (2019).