Bəxtiyar Qaraca
Doğum tarixi:
27 mart 1957
Bəxtiyar Qaraca (Bəxtiyar Balakişiyev Qaraca oğlu) Xocavəndin Əmiralılar kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub (1976), M.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilini davam etdirib (1979-1982).
Dövlətnəşrkomda redaktor (1982-1989), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, şöbə müdiri, baş redaktor (1989-2006), “Azərbaycan” qəzetində şöbə müdiri (2010-2016), Mədəniyyət TV kanalının direktor müavini (2016-2017), Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də Müəllif proqramları və xüsusi layihələr departamentinin rəhbəri (2019) vəzifələrində çalışıb.
“Meteor yağışları”, “Yerlə göy arasında”, “İstiqlal düşüncələri” kitablarının, çoxsaylı məqalələrin, bədii və sənədli filmlərin müəllifidir.
2019-cu ildən Audiovizual Şuranın üzvüdür.
Ali Media Mükafatına, “Tərəqqi” medalına (2010) layiq görülüb.