Bəhmən Əliyev

Rəssam Multiplikasiya rəssamı Animator İkinci rəssam Rejissor Ssenari müəllifi Animasiya rəssamı

Doğum tarixi:

31 dekabr 1934

Vəfat tarixi:

24 dekabr 1993


Bəhmən İsrafil oğlu Əliyev Bakıda anadan olub.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1956), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasından Moskvaya “Soyuzmultfilm”in multiplikasiya kursuna göndərilib.

Bir müddət “Soyuzmultfilm”in əməkdaşı olub (1956-1961). 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

Bəhmən Əliyev 1993-cü ildə vəfat edib.