Babək Abbaszadə

Rejissor Ssenari müəllifi Prodüser Art direktor İkinci rejissor Rejissor assistenti Operator

Doğum tarixi:

19 noyabr 1993


Babək Akif oğlu Abbaszadə Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq ixtisasında təhsil alıb (2010-2014, Eldar Quliyevin kursu).

ARB televiziyasının nəzdində fəaliyyət göstərmiş ARB Aran Film Yaradıcılıq Mərkəzində quruluşçu rejissor olaraq çalışıb (2016-2020). Burada onlarla sənədli filmi rejissoru, bir çoxunun həm də ssenari müəllifi olub. Filmləri yerli və beynəlxalq festivallarda iştirak edib, mükafatlara layiq görülüb.

Dəfələrlə müxtəlif media orqanlarında, qəzet və jurnallarda yazıları çap olunub.

Bəstəkar Oqtay Rəcəbovun “Atatürk” operasının libretto müəllifidir.

Amerika fantast yazıçısı Robert Bloxun “Psixo” romanını Azərbaycan dilinə tərcümə edib və əsər kitab şəklində 2021-ci ildə işıq üzü görüb.

2020-ci ildən Azərbaycan Dövlət Film Fondunda fəaliyyətini davam etdirir. Hazırda bu qurumda şöbə müdiridir.

2024-cü ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvüdür.