Baba Mahmudoğlu
Doğum tarixi:
07 noyabr 1940
Vəfat tarixi:
06 dekabr 2006
Baba Mahmudoğlu (Baba Mirzəyev Mahmud oğlu) Qazax rayonunun Muğanlı kəndində anadan olub.
Neft Akademiyasında tələbə ikən Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib, Seyid Şuşinskinin dərslərində iştirak edib. Səid Rüstəmovun, Əhməd Bakıxanovun, Baba Salahovun, Əhsən Dadaşovun orkestr və ansamblında oxuyub.
1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təcrübəçi kimi fəaliyyətə başlayıb, sonradan teatrın muğam bölməsinin solisti olub. “Leyli və Məcnun”da Məcnun, “Aşıq Qərib”də Aşıq Qərib, “Əsli və Kərəm”də Kərəm, “Koroğlu”da təlxək, “Şah İsmayıl”da Şah İsmayıl, “Xanəndənin taleyi”ndə Mir Seyid obrazlarını yaradıb.
Əməkdar artist (1982), Xalq artisti (1992) Baba Mahmudoğlu 2006-cı ildə vəfat edib.