Azad Şabanov
Doğum tarixi:
03 yanvar 1991
Azad Faiq oğlu Şabanov Bakıda anadan olub.
Vaqif Mustafazadə adına 2 saylı incəsənət və musiqi məktəbinin vokal sinfində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada mügənnisi fakültəsində (Vaqif Gərayzadənin sinfi) təhsil alıb.
2001-ci ildən musiqi ilə məşğul olmağa başlayıb. Heydər Əliyev Sarayının “Qaranquş” uşaq-vokal qrupunun solisti olub (2003-2006). “Pöhrə 2003” müsabiqəsinin, “Qızıl açar - 2003” mahnı festivalının, “C любовью к России” (2006, Moskva), “Artıran söz qədrini, sidq ilə qədrin artırar” festivalının (2007), “Song of the World” festivalının (2008, Kişinyov / Moldova) qalibi olub. “Yeni Ulduz - 07” yarışmasında ikinci yer sahibi, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin yarımfinalçısı, “ATV CLUB” verilişinin aparıcısı olub.