Aydın Talıbzadə

Kinoşünas Ssenari müəllifi

Doğum tarixi:

05 oktyabr 1958


Aydın Ağa Yunus oğlu Talıbzadə Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq şöbəsində təhsil alıb (1976-1981).

Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində quruluşçu dekorator (1975-1976), Azərbaycan Dövlət İncəsənət Müzeyində kiçik elmi işçi (1983) işləyib.

1983-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Teatrşünaslıq kafedrasının müdiri, professor, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktorudur (1989).

Moskvada “Orta əsrlər Yaxın Şərq teatrının poetikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1989).

Dövri mətbuatda məqalə, esse və rəylərlə çıxış edir.

“Tərəqqi” medalı ilə təltif edilib (2013).

Əməkdar incəsənət xadimidir (2015).