Aydın Hüseynov
Prodüser
Direktor
İnzibatçı
Aktyor
Doğum tarixi:
22 oktyabr 1956
Aydın Həsən oğlu Hüseynov Bakıda anadan olub.
Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında çalışıb (1980-2002 / 2021-2024). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino, audiovizual sənayesi ilə iş və filmlərin istehsalı sektorunun müdiri olub (2002-2021).
Yerli kinorejissorlarla yanaşı, “Mosfilm”, “Qorki adına kiinostudiya”, Özbəkistan, Polşa kinematoqrafçılarının istehsalı olan filmlərdə işləyib.
Əməkdar mədəniyyət işçisidir (2016).