Aydın Ağasıyev
Doğum tarixi:
16 dekabr 1949
Vəfat tarixi:
19 aprel 2011
Aydın Ənvər oğlu Ağasıyev Bakıda anadan olub.
6 saylı musiqi məktəbinin violonçel şöbəsində, Asəf Zeynallı adına musiqi texnikumunda, Azərbaycan Dövlət Milli Konservatoriyasının bəstəkarlıq şöbəsində (Xəyyam Mirzəzadənin sinfi) təhsil alıb.
Naxçıvan Dövlət Dram Teatrında mahnı və rəqs ansamblının bədii rəhbəri, musiqi texnikumunda musiqi nəzəriyyəsi kafedrasının şöbə müdiri və direktor müavini (1979) vəzifəsində çalışıb. Naxçıvan Dram Teatrında tamaşalara musiqilər bəstələyib. Uzun müddət Azərbaycan televiziyasında ali dərəcəli səs rejissoru işləyib.
Sankt-Peterburqda SSRİ bəstəkarlarının yaradıcılıq görüşündə birinci yerə layiq görülüb (1973). Mahnıların, simfonik əsərlərin, tamaşa və film musiqilərinin müəllifidir.
Aydın Ağasıyev 2011-ci ildə vəfat edib.