Asif Rüstəmov
Doğum tarixi:
20 oktyabr 1975
Asif Tofiq oğlu Rüstəmov Bakıda anadan olub. Azərbaycan İqtisad Universitetində (1992-1995), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (2000-2004), AVANTİ kurslarında (2003-2004) təhsil alıb. Lider televiziyasında (2004-2005), İctimai televiziyada (2005-2006), Dərviş Prodüser Mərkəzində (2006-2008) rejissor, “Azərbaycanfilm” kinostudiyasında Beynəlxalq əlaqələr üzrə mütəxəssis olaraq çalışıb (2020-2022). Estoniya və Qırğızıstan istehsalı olan “Vida turnesi” (2015) tammetrajlı sənədli filminin rejissorlarından olub (Tatyana Müelbayerlə birgə). Çəkdiyi filmlər müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Bir çox beynəlxalq festivallarda münsiflər heyətinin üzvü kimi iştirak edib. Kinoatelye 24K studiyasının təsisçisi, Gənc Film İstehsalçıları Assosiasiyasının həmtəsisçisidir.

Filmoqrafiya
-
#yoxdubeləsöhbət Ssenari müəllifi