Asif Əliyev
Doğum tarixi:
14 avqust 1940
Vəfat tarixi:
08 sentyabr 2001
Asif Akif oğlu Əliyev Şuşada anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1961-1967).
Əmək fəaliyyətinə Akademik Milli Dram Teatrında başlayıb. Uzun illər “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti (1959-1968), sonra isə Dublyaj redaksiyasında redaktor, tərcüməçi və baş redaktor (1968-1974) işləyib.
“Göyərçin” jurnalında çap etdirdiyi ilk hekayələrdən sonra fəal bədii yaradıcılığa başlayıb (1963). Tədqiqatçı kimi onlarla sənət adamı haqqında məqalələrin müəllifidir. Kitabları nəşr olunub.
Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Asif Əliyev 2001-ci ildə vəfat edib.