Əsgər Məmmədoğlu
Doğum tarixi:
09 fevral 1946
Vəfat tarixi:
21 dekabr 2015
Əsgər Məmmədoğlu (Ələsgər Məmmədoğlu / Ələsgər Məmmədov) Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1975).
1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və ömrünün sonuna qədər burada çalışıb.
Xarici kinematoqrafçıların istehsalı olan “Tehran-43” (1980, rejissorlar Aleksandr Alov, Vladimir Naumov / Rusiya, Fransa, İsveçrə) filmində Qulaməli rolunda çəkilib.
Əməkdar artist (2002) Əsgər Məmmədoğlu 2015-ci ildə vəfat edib, “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.