Arif Məhərrəmov
Rejissor
Ssenari müəllifi
Rəssam
Animasiya rəssamı
Aktyor
Geyim rəssamı
Doğum tarixi:
05 avqust 1948
Vəfat tarixi:
09 avqust 2022
Arif Əli oğlu Məhərrəmov Bakıda anadan olub.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1972), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində (1981) təhsil alıb.
1981-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor kimi çalışıb. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə nümayiş etdirilib. Bir müddət Latviyada yaşayıb və çalışıb.
Əməkdar rəssam (2000) Arif Məhərrəmov 2022-ci ildə vəfat edib.