Arif Əbdürrəhmanov

Rəssam Geyim rəssamı

Doğum tarixi:

05 aprel 1950


Arif Nadir oğlu Əbdürrəhmanov Bakıda anadan olub.

V.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasında Teatr-Dekor ixtisası üzrə təhsil alıb (1974).

“Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc Tamaşaçılar və Opera və Balet Teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı kimi fəaliyyət göstərib. İstanbul şəhərindəki Camal Rəşid Bəy konsert zalında qoyulan “Arşın mal alan” musiqili komediyasının quruluşçu rəssamı olub. Əsərləri Türkiyədə, Rusiyada, İranda, Polşada nümayiş olunub. “Teatrda rəssamın rolu” kitabının müəllifidir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Akademik rəngkarlıq kafedrasının dosentidir.

Əməkdar rəssamdır (2006).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu