Ənvər Əlibəyli

Mahnı mətni müəllifi Ssenari müəllifi Redaktor

Doğum tarixi:

01 aprel 1916

Vəfat tarixi:

07 may 1968


Ənvər Əliverdi oğlu Əlibəyli (Ənvər Əlibəyov) Bakıda anadan olub.

Tibb Texnikumunda, Azərbaycan Dövlət Universitetinin fəhlə fakültəsində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb.

1938-ci ildən II Dünya Müharibəsi başlayana qədər Azərbaycan radiоsunda çalışıb. Tiflisdə Topçular Hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə gedib. İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında artilleriya batareyasının komandiri olub. 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçib. Qafqazın və Ukraynanın azad оlunmasında iştirak edib, оrden və medallarla təltif оlunub. 1944-cü ildə ağır yaralandıqdan sоnra Bakıya qayıdıb, yaradıcılığını davam etdirib. “Vətən uğrunda” jurnalında məsul katib, Azərbaycan KP MK-da təlimatçı, “Təbliğat” jurnalının, “Ədəbiyyat” qəzetinin redaktoru, “İnqilab və mədəniyyət” jurnalında şöbə müdiri, Azərbaycan Radiо və Televiziya Verilişləri Kоmitəsinin sədri (1964-1968) оlub.

“Qaranquş” adlı ilk şeirlər kitabı 1947-ci ildə buraxılıb. Kitabları çap olunub. Şeirlərinə musiqilər bəstələnib.

Əməkdar incəsənət xadimi Ənvər Əlibəyli 1968-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.