Anar Şuşalı

Koordinator Direktor Prodüser Filmi səsləndirən Rejissor Ssenari müəllifi

Doğum tarixi:

01 avqust 1982


Anar Şuşalı (Anar Həsənov Bəybala oğlu) Xankəndidə anadan olub. 1992-ci ildə Şuşa şəhəri işğal olunduqdan sonra məcburi olaraq Mingəçevir şəhərinə, oradan isə Bakı şəhərinə köçüb.

Azərbaycan İctimai-Siyasi Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (2000-2005).

“Azərbaycan yolu” qəzetində müxbir, “Aydın Sabah” qəzetində müxbir, xüsusi müxbir, şöbə müdiri (2003-2005), Lider televiziyasının Azərbaycan redaksiyasının koordinatoru (2005–2007), “MZ” prodakşnda baş prodüser (2007-2009), “Drayv” prodakşnın kommersiya direktoru (2009-2010), ANS televiziyasında “Marş” hərbi verilişin prodüseri (2010-2016), Lider televiziyasında yayımlanan “Əsgər andı” hərbi verilişin layihə rəhbəri və aparıcısı (2016-2018), ATV televiziyasında redaktor (2018-2019), Azərbaycan televiziyasında baş redaktorun müavini, “Ekstrim” qrupun rəhbəri (2019-2022) vəzifələrində işləyib.

2020-ci ilin oktybar ayında Ağdam rayonunun Bənövşələr qəsəbəsində cəbhəboyu zonada reportaj hazırlayarkən Ermənistan hərbi birləşmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb.

2022-ci ildən Real televiziyasının əməkdaşıdır.