Anar Rzayev
Doğum tarixi:
14 mart 1938
Anar Rəsul oğlu Rzayev (Anar) Bakıda anadan olub. 10 illik musiqi məktəbində (1946-1955, indiki Bülbül adına məktəb), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1964), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ali rejissorluq və ssenaristlik kursunda (1970-1972) təhsil alıb.
Ədəbi fəaliyyətə 1952-ci ildə başlayıb. Azərbaycanın bütün teatrlarında, Moskva, Kazan, Kişinyov, Daşkənd şəhərlərində, habelə Polşa, Bolqarıstan, Ermənistan, Türkmənistan, Qırğızıstan və Rusiyanın digər şəhərlərində pyesləri tamaşaya qoyulub. Sözlərinə mahnılar bəstələnib. Xarici müəlliflərin şeirlərini azərbaycan dilinə tərcümə edib.
1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq şərəfi Anara verilib.
1995-ci və 2000-ci illərdə Milli Məclisinin üzvü seçilib. Məclisdə mədəniyyət komissiyasının sədrliyini həyata keçirib.
Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvüdür.
Azərbaycan Yazıçılar Birliyinin sədridir (1991-ci ildən).
Ssenarisi və əsərləri əsasında xarici kinematoqrafçıların “Hər axşam saat on birdə” (1969, rejissor Samson Samsonov / Rusiya), “Köhnə aktyor” (2004, rejissor Fevzi Tuna), “Və telefon” (Türkiyə) filmləri çəkilib.
“Şəhərin yay günləri” pyesinə görə Dövlət Mükafatı alıb (1980).
Əməkdar incəsənət xadimi (1976), Xalq yazıçısıdır. “İstiqlal” (1998), “Şöhrət”, “Şərəf” ordenləri, “Heydər Əliyev Mükafatı”, “Humay” mükafatı ilə təltif edilib.
Yazıçı Anar Rzayev şair Rəsul Rzanın və şair Nigar Rəfibəyli oğludur.
